Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

BOTAŞ TANAP üçün dövlət zəmanətli kredit cəlb edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
BOTAŞ TANAP üçün dövlət zəmanətli kredit cəlb edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə hökuməti BOTAŞ şirkətinə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsindəki payının maliyyələşdirilməsinə xaricdən vəsait cəlb etməsi üçün dövlət zəmanəti verib.

 

Bu barədə “Resmi Gazete”də qeyd olunub.

 

Nazirlər Kabinetinin qərarına əsasən, BOTAŞ dövlət zəmanəti ilə dörd layihə üçün xaricdən kredit cəlb edə bilər.

 

Cəlb ediləcək vəsait üçün dövlət zəmanəti verilən həmin layihələr Duz gölü yeraltı təbii qaz anbarı, TANAP, Şimali Mərmərə təbii qaz saxlama sahəsi və Üzən LNG saxlama və qazlaşdırma terminalı layihələridir.

 

Qeyd edək ki, TANAP layihəsində BOTAŞ 30% pay sahibdir. Layihədə, həmçinin “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BP 12% paya malikdir.

 

TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

 

TANAP-ın təməli 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə qoyulub. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin 6 mlrd. kubmetri Türkiyəyə, qalan 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir.

 

Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Bu ilin yayında Türkiyəyə qaz bu çıxış nöqtəsindən veriləcək.

 

Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Əskişəhərdən Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Faza-1 2019-cu ilin sonuna Avropa üçün qazı qəbul etməyə hazır olacaq. 

 

© Report

 

26.04.2018 10:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ