“İlin Patentləri” müəyyən olunub

“Kənd təsərrüfatı bitkilərinin toxumlarının səpinqabağı ozonlaşdırılması üsulu” və “Çirkab suların təmizlənməsi üçün hibrid kompoziya sorbentinin alınması üsulu” ixtiraları “İlin Patentləri” müəyyən olunub


 

Aprelin 26-da Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə “İxtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi” qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.

 

Bildirib ki, Müsabiqənin Təşkilat Komitəsinə daxil olmuş ixtiralar üzrə patent sənədləri IV Respublika Müsabiqəsinə təqdim olunmuş sənədlərdən 2 dəfə çox olub. 

 

Sonra İxtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsinin qaliblərinin mükafatlandırılması olub. Qalibləri Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Mühəndislik Akademiyası,  Müdafiə Sənayesi Nazirliyi və s. aparıcı elmi təşkilatlardan ibarət Müsabiqə Komissiyası müəyyən edib.

 

Müsabiqənin nəticələrinə əsasən, “4-Morfolilmetiltiometil-2,6-diüçlübutilfenol sürtkü yağlarına mühafizəedici aşqar kimi”, “Alkenilkəhraba turşularının benzilimidləri konservasiya mayelərinə komponent kimi”, “Layın məhsuldarlığının aşkara çıxardılması üsulu”, “Nanoquruluşlu 90Bi2Te3-10Bi2Se3nazik təbəqəsinin alınması üsulu”, “Hepatoprotektiv, ödqovucu, iltihab əleyhinə təsirə malik dərman bitkiləri yığımı” ixtiraları III yerə, “Kristallaşma prosesinin idarə olunması üsulu”, “Üyüdücü polad kürələrin istehsal üsulu”, “Butadien-stirol kauçuku əsasında elastomer qarışığı” ,“Brendi əsaslı içki” ixtiraları II yerə, akademik Arif Paşayevin “Kənd təsərrüfatı bitkilərinin toxumlarının səpinqabağı ozonlaşdırılması üsulu” ixtirası və BDU-nun “Çirkab suların təmizlənməsi üçün hibrid kompoziya sorbentinin alınması üsulu” ixtirası isə I yerə layiq görülərək “İlin Patenti” elan ediliblər. Həmçinin 7 ixtira həvəsləndirici yerə layiq görülüb. Qaliblər diplom və mükafatlarla təltif ediliblər.

26 Aprel 2018 , 14:47   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin