Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

OPEC-in baş katibi yenidən Azərbaycana səfər edə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC-in baş katibi yenidən Azərbaycana səfər edə bilər

Mayın sonunda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi MəhəmmədBarkindo Azərbaycana səfər edə bilər.

 

“M.Barkindonun 30-31 may tarixlərində Bakıda keçiriləcək 25-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” sərgisinin işində iştirakı gözlənilir”, - ITE Group ilə birgə “Caspian Oil&Gas” Beynəlxalq sərginin təşkilatçısı olan Itеca şirkətinin materiallarında deyilir.

 

Tədbirdə OPEC-in baş katibi neft-qaz sənayesində qlobal və iqtisadi perspektivlər, o cümlədən neftin aşağı qiyməti şəraitində imkanlara həsr olunan iclasda məruzəçi qismində çıxış edəcək.

 

Bu, M.Barkindonun cari ildə Azərbaycana ikinci səfəridir. M.Barkindo öncə 2018-ci ilin mart ayında Bakıya səfər edib. Səfər çərçivəsində Azərbaycan rəhbərliyi ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

 

© İnterfaks

26.04.2018 12:53

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ