Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

AMFA-nın 11-ci İllik Təltif Şam Ziyafəti keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
AMFA-nın 11-ci İllik Təltif Şam Ziyafəti keçirilib

Bu il AMFA mikromaliyyə sektorunda mövcud olan  qabaqcıl təcrübələri öz fəaliyyətində əks etdirən təşkilatları və mikromaliyyə sektorunun tərəqqisinin obyektiv qiymətləndirilməsində əməyi olan şəxsləri qiymətləndirmək və maliyyə qurumları arasında əlaqələri möhkəmləndirmək məqsədilə  11-ci İllik Təltif Şam Ziyafətini  təşkil etmişdir.   

 

Reklam_3_11

Ənənəvi olaraq , bu il də Azərbaycanın Mikromaliyyə sahəsinin əsas tənzimləyici orqanı olan Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Sahibkarlar Konfedersiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, bank, bank olmayan kredit təşkilatı, mikromaliyyə sektoruna müxtəlif xidmətlər göstərən partnyor təşkilatlar, Banklar Assosiasiyası və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların  təmsilçiləri olmaqla tədbirdə ümumilikdə, 60-dan çox nümayəndə iştirak etmişdir.

 

AMFA-nın idarə heyətinin sədri Süleyman Kələşov və icraçı direktoru xanım Jalə Hacıyeva tədbiri açıq elan etdikdən sonra tədbirin rəsmi hissəsində qonaq məruzəçi qismində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquqi təminat idarəsi rəisi vəzifəsini icra edən cənab Tural Feyzullayev  “Daşınar Əmlakın Reyestri” nin funksiyaları ilə bağlı təqdimatla çıxış etdi. Daha sonra iştirakçılar xatirə şəkli çəkdirərək tədbirin qeyri rəsmi hissəsində müzakirələri şam  masası arxasında davam etdirdilər.

 

Bu il, 4 dəyərli üzvdən ibarət olan mükafatlandırma komitəsi, Asiya İnkişaf Bankının baş iqtisadçısı Nail Vəliyev, Mikromaliyyənin idarəedilməsi üzrə peşəkarlar Nazim Əliyev, Samir Cəfərli və  Azərbaycan Mikromaliyyə Assosiasiyasının əməkdaşı Vüsalə Qarayeva tərəfindən  iddialı namizədlər arasından təyin edilmiş 3 qalib təşkilat və Mikromaliyyə sektorunun tərəqqisinin obyektiv qiymətləndirilməsində göstərdiyi yüksək xidmətlərinə görə xanım Aytən Rüstəmova və Ramil Məhərrəmov AMFA-nın Xüsusi Mükafatı ilə təltif edilmişdirlər.

 

AMFA –nın 2018-ci il üzrə Mükafat Proqramı çərçivəsində aşağıdakı təşkilatlar qalib seçilmişdilər:

 

-“Böhran dövründə institusional idarəetməni daha yaxşı təşkil edən təşkilat” nominasiyası üzrə BOKT  „İnkişaf üçün Maliyyə” MMC

 

-“Biznes Effektivliyini  innovativ məhsul vasitəsilə artıran qabaqcıl təşkilat” nominasiyası üzrə  "Rabitəbank“ ASC

 

-"Sosial Məsuliyyət layihələri  vasitəsilə Müştəri Loyallığını təmin edən təşkilat nominasiyası üzrə "PAŞA Bank" ASC

 

26.04.2018 13:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ