Əmanətçilərinin 6 məhkəmə iddiasının 4-ü geri qaytarılıb

Ləğv prosesində olan “Bank Standard” QSC-nin əmanətçilərinin martda verdiyi 6 məhkəmə iddiasının 4-ü geri qaytarılıb.

 

Bu barədə Bankın Kreditorlar Komitəsinin sədri, hüquqşunas Əkrəm Həsənov məlumat verib.

 

"Nəsimi rayon məhkəməsi 4 iddianı geri qaytarıb. Səbəb kimi isə idddianın kollektiv şəkildə verilə bilməsinin mümkün olmaması göstərilib. Bildirilib ki, iddialar fərdi şəkildə verilməlidir. Bu qərarı mən qanunsuz sayıram. Sizə zərəri eyni şəxslər vurub, eyni hərəkətləri edib. İddia eyni məzmundadır. Bir-bir iddia verilməsi elə məhkəmələr üçün yük olar. Bunlardan ikisi üzrə artıq apelylasiya şikayəti vermişik. Ikisi üzrə isə hələki qərardadı gözləyirik", - deyə o, qeyd edib. 

 

Onun sözlərinə görə, əmanətçilər Azərbaycan Mərkəzi Bankına (AMB) və Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb: “MBNP üzrə iddia üzrə ilk hazırlıq iclası olub. Hakim iddianın kollektiv olmasına irad bildirib, ancaq qanunsuz saymayıb. Bildirilib ki, iddianı verməzdən əvvəl MBNP-dan pul tələb edilməli idi, əgər Palata vəsaiti verməkdən imtina etsə, o zaman məhkəməyə verilməli idi. Növbəti iclas mayın 14-də olacaq. Mən bu yanaşmanı da qanunsuz sayıram.

 

AMB-yə qarşı idda ilə bağlı iclasın vaxtı hələ də təyin edilməyib. Güman ki, eyni məhkəmə olduğu üçün cavab eyni olacaq”. 

 

Qeyd edək ki, əmanətçilər AMB-ni, onun sədri Elman Rüstəmovu, MBNP-ni, onun Direktorlar Şurasının sədri Rüfət Aslanlını, eləcə də Bankın auditini həyata keçirmiş “KPMG” audit şirkətini ötən ay məhkəməyə verib.

 

© Report

26 Aprel 2018 , 16:18   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin