Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Faizlər mövcud səviyyələrdə uzun müddət davam edəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Faizlər mövcud səviyyələrdə uzun müddət davam edəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"İstiqraz alışları (monetar təşviq) 2018-ci ilin Sentyabr ayının sonuna qədər, lazım gələrsə sonra da davam edəcəkdir". 

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bunu keçidiyi mətbuat konfransında Avropa Mərkəzi Bankının sədri Mario Draghi deyib. 

 

Avropa Mərkəzi Bankının (AMB) aylıq 60 milyard avro olan qiymətli kağız alışı (aktiv alışı) miqdarını Yanvar 2018-dən Sentyabr 2018-in sonuna qədər aylıq 30 milyard avro səviyyəsində davam etdirəcəyi açıqlanmışdı.

 

Draghi, "Bol miqdarda təşviqə ehtiyac var" deyib.

 

Faiz qərarının ardından təşkil olunan mətbuat konfransında danışan Avropa Mərkəzi Bankının sədri Mario Draghi "Faiz nisbətləri mövcud səviyyələrdə uzun müddət davam edəcək",- deyib. Bank bu gün gözlənildiyi kimi, faizləri və alış proqramında dəyişiklik etməmişdi.

 

Draghi, "Açıqlanan statistik göstəricilər iqtisadi artımın "ilıq" olduğuna işarə edir" deyib.

 
Draghinin çıxışında qarşıya çıxan başlıqlar;
 
 -Göstəricilər "ilıq" iqtisadi artıma işarə edir
 
 -AMB valyuta məzənnəsi hərəkətlərini izləməyə davam edəcək
 
 -AMB inkişafın geniş miqyaslı və güclü qalacağını gözləyir
 
 -Aşağı istiqamətli risklərin böyük əksəriyyəti qlobaldır
 
 -AMB-nin təşviq tədbirləri tələbi dəstəkləyir
 
 -Artan məşğulluq istehlakı dəstəkləyir
 
 -İnflyasiyanın ilin qalan dövründə 1.5% ətrafında qalacağını nəzərdə tuturuq
 
- İnflyasiyanın hədəfə doğru gedəcəyinə inanırıq
 
 -Baza inflyasiya tədricən yüksələcək
  
 -Struktur islahatları əsaslı şəkildə artırılmalıdır
 
- Himayəçilik riski daha çox tələffüz edilir
 
 -Bol miqdarda təşviq zəruriliyi davam edir
 
- Özəl sektor və şirkət istiqraz alışlarının dayandırılmasına dair xüsusi bir strategiya yoxdur
 
 -Bəzi göstəricilərdə azalma gözlənilməz miqyasdadır
 
 -Bugünkü iqtisadi göstəricilər hələ də tarixi ortalamanın üzərindədir
 
 -Ehtiyatlı və tədbirli olmaq hələ də lazımlıdır

- Monetar təşviq inflyasiya cığırındaam davamlı olanadək davam edək.
 

Qərardan sonra (Saat 16:45) Avro/Dollar məzənnəsi 0,28% yüksələrək 1.2195 səviyyəsinə qalxıb (Avro cüzi bahalaşıb, Dollar ucuzlaşıb).

 

Bu gün Avropa Mərkəzi Bankı pul siyasəti faizini (uçot dərəcəsini) 0,00%-də, depozit faizini mənfi 0.40%-də, marjinal maliyyələşmə faizini isə 0.25%-də saxlayıb. 

26.04.2018 14:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ