Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Avro/dollar "Draghi" ilə güclü qaldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro/dollar "Draghi" ilə güclü qaldı


Avro/dollar məzənnəsi, Avropa Mərkəzi Bankının (AMB) Aprel toplantısının ardından Sədr Mario Draghi-nin çıxışından sonra güclü qalıb. Baxmayaraq ki, Bank faizləri dəyişməyib və faizlərin mövcud səviyyələrədə uzun müddət qalacağını açıqlayıb.
 

Xəbər verdiyimiz kimi, AMB, Aprel toplantısında faizlərdə və aktiv alışı proqramında dəyişikliyə getməmişdir.
 

Draghi, Frankfurtda keçirilən mətbuat konfransında göstəricilərin "sağlam iqtisadi artıma" işarə etdiyini bildirib.
 

Bakı vaxtı ilə saat 17:27-də Avro/dollar məzənnəsi 0.30 faiz yüksələrək 1.2196 səviyyəsini görüb (Avro bahalaşıb, Dollar ucuzlaşıb).
 

Draghi, AMB rəsmilərinin Aprel toplantısında Valyuta volatilliyinə dair müzakirə aparmadığını bildirib.

 

Draghi, Mart toplantısından bu yana açıqlanmış statistik göstəricilərin iqtisadi artımda mülayim gedişə işarə etdiyini, əsas trendlərin inamı dəstəkləməyə davam etdiyini bildirib.


 
Draghi, inflyasiyanın hədəfə yaxınlaşacağına etimadın davam etdiyini bildirərək, "Baza inflyasiya basdırılmış vəziyyətdədir. Baza inflyasiyada trendin yuxarı istiqamətdə olduğuna inandırıcı işarə görülmədir" deyib.


 
AMB sədri məzənnələrin izlənməsi lazım olduğuna işarə edib. Draghi, "Bol miqdarda monetar stimula hələ də ehtiyac var. Kurslardakı və maliyyə şərtlərindəki prosesləri izləyirik".

 

Draghi belə davam edib:
 
"Göstəricilər iqtisadi artımda bir miqdar yavaşlamaya işarə edir. Bu ləngimə, sürətli inkişafdan geri çəkilməni və müvəqqəti amilləri əks etdirir. İnkişafın güclü olmağa davam edəcəyi və geniş miqyaslı olacağı gözlənilir. Müvəqqəti amillər iqtisadi fəallığı aşağı salmış ola bilər. İqtisadi artım üçün risklər qlobal amillərlə əlaqəlidir.  Xarici risklər daha çox ön plana çıxır".

26.04.2018 15:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ