ABŞ-da işsizlik müraciətləri 49 ilin ən aşağı səviyyəsində

ABŞ-da həftəlik işsizlik müavinəti müraciətləri 24 min nəfər azalma ilə 209 minə düşüb. Bazarlarda gözlənti müraciətlərin 4 min azalma ilə 228 min olacağı istiqamətində idi.
 

Müraciətlər 1969-ci ildən bu yana ən aşağı səviyyəyə enib.
 

Keçən həftənin müraciətləri 232 mindən 233 minə revizə edilib.
 

İşsizlik müavinəti müraciətləri 154 həftədir 300 min səviyyəsindən aşağı qalır.
 

İşsizlik müavinətindən yararlanmağa davam edənlərin sayı 29 min azalma ilə 1 milyon 837 min olub.
 
Göstəricilər 21 Aprel ilə sona çatan həftə əhatə edir.
 
İşsizlik müraciətləri Əmək Nazirliyi tərəfindən açıqlanır.

26 Aprel 2018 , 17:38   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin