Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

SOCAR və BP yeni saziş imzaladılar

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR və BP yeni  saziş imzaladılar

  

SOCAR və BP bu gün Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş (HPBS) imzalayıblar. Bu barədə "Marja"ya BP-dən bildirilib.

Reklam_3_11

 

HPBS Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Tereza Meyin iştirakı ilə London şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP Qrupunun baş icraçı direktoru Bob Dadli tərəfindən imzalanıb.


36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!

 

İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir:

 

“Bizim BP ilə artıq uzunmüddətli əməkdaşlıq ənənəmiz formalaşıb. Əminəm ki, hər iki şirkətin malik olduğu müasir neft-qaz texnologiyaları və unikal tarixi təcrübə sayəsində bu əməkdaşlıq öz uğur silsiləsini davam etdirəcək. Bu gün imzalanan saziş bərabər və ədalətli əsaslar üzərində qurulub və Azərbaycanın təbii ehtiyatlarının ortaq şəkildə maksimum səmərə ilə reallaşdırılması istiqamətində mühüm rol oynayacaq.”

 

Cənab Dadli demişdir:

 

“Bu saziş Azərbaycanda uzun müddətli  hasilatı dəstəkləmək üçün Xəzərdə əlavə imkanların araşdırılması məqsədilə SOCAR və BP-nin yeni birgə səylərinə söykənir. 25 ildən çoxdur ki, biz bu regionda fəaliyyət göstəririk və inanırıq ki, burada hələ də əhəmiyyətli neft və qaz potensialı mövcuddur. Biz SOCAR və digər tərəflərlə sıx işləyərək geoloji kəşfiyyat işləri aparmaqla və qarşıdakı onilliklərdə Xəzərin gələcəyini təmin etməyə yardımçı olmaqla Azərbaycandakı əhəmiyyətli biznesimizi artırmaqda davam edəcəyik.”

 

D230 bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində təxminən 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok təxminən 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir.

 

25 illik müddəti əhatə edən HPBS-ə əsasən BP 50 faiz işitrak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.

 

Bundan əvvəl,  2016-cı ilin may ayında, D230 blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdı.

 

BP və tərəfdaşları Azərbaycanda ilk HPBS-i SOCAR-la 1994-cü ildə Azəri, Çıraq yataqlarının və Günəşli (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin işlənməsi üçün imzalamışdır. AÇG üzrə hasilat 1997-ci ildə başlamış və həmin vaxtdan etibarən bu yataqlardan ümumilikdə 3,3 milyard bareldən artıq neft hasil edilmişdir. 2017-ci ildə SOCAR və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən tərtib olunmuş HPBS-i imzaladılar, bununla da həmin sazişin müddəti 2049-cu ilin sonuna qədər uzadılmışdır.

 

BP və tərəfdaşları 1996-cı ildə Şahdəniz qaz-kondensat yatağının işlənməsi üçün HPBS-i imzalamışlar. Bu yataqdan hasilat 2006-cı ildə başlanmışdır. Yatağın işlənməsinin ikinci mərhələsi - Şahdəniz 2 layihəsi çərçivəsində hasilatın bu il başlanması planlaşdırılır.

 

BP həmçinin SOCAR-la iki geoloji kəşfiyyat HPBS-i imzalamışdır: 2010-cu ildə Şəfəq-Asiman bloku üzrə  və 2014-cü ildə Abşeron yarımadasının ətrafındakı dayaz sulu ərazi üzrə. Hər iki HPBS çərçivəsində seysmik tədqiqat proqramları başa çatmışdır və hazırda qazma əməliyyatlarının planlaşdırılması işləri davam edir.

26.04.2018 20:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ