Dollar bahalaşmağa davam edir


Dollar son 3 ayın yeni zirvəsinə doğru güclənib
 

"Marja" xəbər verir ki, bu gün Avropa Mərkəzi Bankının sədri Mario Draghi mətbuat nümayəndələrinin suallarını cavablandırdığı zaman Avro Dollar qarşısında 0.4% dəyər qazanmışdı
 

36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!

 

Draghi, iclasda pul vahidində volatilliyinin müzakirə edilmədiyini və iqtisadi inkişafın sağlam olduğunu demişdi. Sədr, inflyasiya hədəflərinə çatacaqlarına da əmin olduqlarını bildirmişdi. Bu nikbin açıqlamalar Avronun bahalaşmasına səbəb olmuşdu.

 

Sonradan Dolların bahalaşması ilə əlaqədar olaraq Avro qazanclarını itirib.
 

Avro/dollar məzənnəsi 0.4 faizə qədər geriləyib və 12 Yanvardan bu yana ən aşağı səviyyəsi olan 1.2098-i görüb.  

 

Dolların mühüm valyutalar qarşısında dəyərini göstərən Dollar İndeksi (U.S. Dollar Index -DXY) 91.54 səviyyəsinə qalxıb. İndeks 0,32% yüksəlib.

 

ABŞ-ın dövlət istiqrazlarının faizinin yüksəlməsi və 3%-i keçməsilə əlaqədar olaraq Dollar dəyər qazanır.

26 Aprel 2018 , 22:20   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin