Amazon-un səhmləri kəskin bahalaşıb

Amazon-un səhmləri 1-ci rüb satışlarının gözləntiləri aşması ilə 7%-dən çox bahalaşıb.


 

Amazon-un birinci rübdə 49.96 milyard dollar olması gözlənilən satışları, 51.04 milyard dollar təşkil edib.

 

Bu ilin ilk rübündə Amazon-un gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 42,8 faiz artımla 51,04 milyard dollar təşkil edib

 

Şirkətin bu ilin ilk rübündəki xalis mənfəətinin də ötən ilin eyni dövrü ilə müqayisədə 125 faiz artımla 1,63 milyard dollara yüksəldiyi bildirilib. Amazon, ötən ilin ilk üç ayında 724 milyon dollar xalis qazanc açıqlamışdı.

 

Satışların proqnozdan yüksək olması ilə əlaqədar Amazon-un səhmləri kəskin bahalaşıb və əməliyyat gününü 7.3 faiz artımla başa vurub. Şrkətin səhminin dəyəri 1627 dollara qalxıb.

27 Aprel 2018 , 06:36   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin