Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Şimali və Cənubi Koreya liderləri görüşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şimali və Cənubi Koreya liderləri görüşdü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
Şimali Koreya lideri Kim Jong-un, Cənubi Koreya Preidenti Moon Jae-in ilə iki ölkə sərhədində yerləşən Panmunjom Atəşkəs Kəndində görüşüblər.
 

"Marja" xarici mətbuata istinadən xəbər verir ki, görüş üçün yerli vaxtla saat 06.40-da Pyongyang-dan yola çıxan Kim, özündən az öncə Panmunjoma çatan Moon Jae-in ilə görüşmək üçün iki ölkə sərhədinin cənub tərəfinə keçib.
 

Reklam_3_11

1950-1953-ci illərdə Koreya Müharibəsi olmuşdu. Kim, Cənubi Koreya torpaqlarına ayaq basan ilk Şimali Koreya lideri olub. Mao tərzi qara bir dəst paltarla görüşməyə gələn Kim, Moon ilə əl-ələ kameralara poza verib.

 

Kim daha sonra Moon-u sərhədin şimalına keçməyə dəvət edib. İki lider birlikdə sərhədin şimal tərəfinə keçdikdən sonra yenidən cənuba dönüblər.
 

Moon ilə bir müddət yürüş edən Kim, ardından Cənubi Koreya əsgərlərindən ibarət olan mərasim dəstəsini salamlayıb.
 

36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!

 

Kim Jong-in daha sonra Panmunjomdaki Sülh Evinə keçərək ziyarətçi dəftərini imzalayıb və başçılıq etdiyi Şimali Koreya nümayəndə heyətilə Moon-u qrup fotosu çəkilməyə dəvət edib.
 

Cənubi Koreya orqanlarından verilən məlumata görə, Kim-Moon görüşündə, Koreya Yarımadasının yenidən birləşməsi, iki Koreya münasibətlərinin yaxşılaşdırılması və nüvədən təmizlənməsi məsələləri müzakirə olunacaq.
 

İki lider, Panmunjom Atəşkəs Kəndinin Cənubi Koreyaya aid hissəsində yerləşən Sülh Evində qısa söhbətin ardından yerli vaxtla 10.15-də rəsmi görüşlərə başlayıb.
 

Görüşdən sonra tərəflər ayrı-ayrı günorta yeməyi yeyəcək, günortadan sonra təkrar bir araya gələrək birlikdə ting əkəcəklər. İki ölkədən gətirilən torpaqlardan istifadə edilməklə əkiləcək şam tinginin yanına "Buraya sülh və rifahı əkirik" yazılı abidə daşı qoyulacaq.
 

İki ölkə liderləri bir günlük görüşün nəticəsini birgə mətbuat konfransında açıqlayacaqlar.  Liderlər qısa bir yürüş edib söhbət edəcəklər. Görüş, birgə axşam yeməyilə başa çatacaq.

 

Kim-in, gələn ay ABŞ Prezidenti Donald Trumpla da görüşməsi planlaşdırılır.

27.04.2018 05:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ