Sərvəti bir gündə 5,7 milyard dollar artdı
Sosial media saytı Facebook-un səhmləri Nyu-York Birjasında son 27 ayın ən qazanclı gününü keçirib.
Facebook-un səhminin dəyəri 1 Fevral 2018-ci il tarixində 195,32 dollara çıxaraq rekord qırmışdı, ancaq daha sonra məlumat sızıntısı qalmaqalı səbəbindən şirkətin səhmləri kəskin ucuzlaşmışdı.
"Marja" xəbər verir ki, məlumat qalmaqalının ortaya çıxdığı 19 Mart -24 Aprel arasında Facebook səhmləri 13,7 faiz ucuzlaşmışdı.
Ancaq, dünən, bu ilin birinci rübünə dair balansını açıqlayan Facebook-un gəlirində və xalis mənfəətində ildən ilə artım qeyd edilməsi və aylıq aktiv istifadəçi sayının 2,2 milyarda çatması ilə, şirkətin səhmləri bahalaşıb.
Facebook səhmləri dünən 9,1 faiz bahalaşaraq, 28 Yanvar 2016-dan bu yana ən qazanclı gününü keçirib.
Zuckerbergin sərvəti 5,7 milyard dollar artıb
Balans açıqlanmamışdan əvvəl Facebookun bazar dəyəri 464 milyard dollar ikən, dünən Nyu-York birjasının bağlanışında şirkətin bazar dəyəri 506 milyard dollara yüksəlib.
Facebook qurucusu və rəhbəri Mark Zuckerbergin sərvəti də 5,7 milyard dollar (8,9 faiz) artımla təxminən 69,4 milyard dollara çatıb. Bu nəticə ilə, Zuckerberg, Forbes jurnalının Milyarderlər siyahısında 7-ci yerdən 5-ci yerə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
13 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
15 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl