Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Sərvəti bir gündə 5,7 milyard dollar artdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sərvəti bir gündə 5,7 milyard dollar artdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sosial media saytı Facebook-un səhmləri Nyu-York Birjasında son 27 ayın ən qazanclı gününü keçirib.
 

Facebook-un səhminin dəyəri 1 Fevral 2018-ci il tarixində 195,32 dollara çıxaraq rekord qırmışdı, ancaq daha sonra məlumat sızıntısı qalmaqalı səbəbindən şirkətin səhmləri kəskin ucuzlaşmışdı.
 

Reklam_3_11

"Marja" xəbər verir ki, məlumat qalmaqalının ortaya çıxdığı 19 Mart -24 Aprel arasında Facebook səhmləri 13,7 faiz ucuzlaşmışdı.
 
 

Ancaq, dünən, bu ilin birinci rübünə dair balansını açıqlayan Facebook-un gəlirində və xalis mənfəətində ildən ilə artım qeyd edilməsi və aylıq aktiv istifadəçi sayının 2,2 milyarda çatması ilə, şirkətin səhmləri bahalaşıb.
 

Facebook səhmləri dünən 9,1 faiz bahalaşaraq, 28 Yanvar 2016-dan bu yana ən qazanclı gününü keçirib.
 
 

Zuckerbergin sərvəti 5,7 milyard dollar artıb
 

Balans açıqlanmamışdan əvvəl Facebookun bazar dəyəri 464 milyard dollar ikən, dünən Nyu-York birjasının bağlanışında şirkətin bazar dəyəri 506 milyard dollara yüksəlib.
 

Facebook qurucusu və rəhbəri Mark Zuckerbergin sərvəti də 5,7 milyard dollar (8,9 faiz) artımla təxminən 69,4 milyard dollara çatıb. Bu nəticə ilə, Zuckerberg, Forbes jurnalının Milyarderlər siyahısında 7-ci yerdən 5-ci yerə yüksəlib.

27.04.2018 05:38

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ