Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda törəməsi olan bank kapitalını kəskin artırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda törəməsi olan bank kapitalını kəskin artırır

Azərbaycanda törəmə bankı olan "Yapı Kredi" kapitalını artırmaq qərarı verib.

 
"Marja" Bankdan verilən məlumata istinadən xəbər verir ki, dünən bankın idarə heyətinin toplantısı keçirilib. Toplantıda nizamnamə kapitalının səhm emissiyası yolu ilə 4,1 milyard TL artırılaraq 8,45 milyard TL-yə qaldırılmasına qərar verilib. Bununla bərabər, məcmu kapitalın artırılması üçün beynəlxalq bazarlardan əlavə 500 milyon dollar borc cəlb ediləcək.
 

"Yapı Kredi" bu borc ilə birlikdə təxminən 1,5 milyard dollar kapital artımı reallaşdırmış olacaqdır. Bu proses, son 10 ildə Türkiyədə həyata keçirilən ən böyük kapital artırımı olacaqdır.

 

"Yapı Kredi"nin İcraçı direktoru Gökhan Erün, bank olaraq Türkiyəyə, iqtisadiyyata və cəmiyyətə daha çox dəyər qazandırmaq naminə güclü və əhatəli bir 2020 hədəfi hazırladıqlarını vurğulayıb.

 
Gökhan Erün, "Ana səhmdarlarımız "Koç Holding" və "UniCredit", qlobal bazarlarda baş verən qeyri-müəyyənliyə baxmayaraq, ölkəyə və "Yapı Kredi"yə güvənərək səhm ixracı yolu ilə 4,1 milyard TL sərmayə artırımına qərar verdi. Səhm ixracı ilə yanaşı, beynəlxalq bazarlarda təxminən 500 milyon dollarlıq əlavə əsas kapital emissiyası da edəcəyik. Beləliklə, bütövlükdə təxminən 1,5 milyard dollar səviyyəsində baş verəcək əsas kapital artımı, kapital kafilik nisbətinin və balansımızın daha da möhkəmlənməsində rol oynayacaqdır", -ifadələrini istifadə edib.

 

"Yapı Kredi Bank Azərbaycan", Türkiyənin "Yapı Kredi" bankının törəməsidir. "Yapı Kredi"nin ana səhmdarları "UniCredit" (İtalya) və "Koç Holding"dir (Türkiyə).

27.04.2018 05:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ