Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neft qiymətləri, diqqətlərin Tramp və Koreyaya çevrilməsi ilə durğundur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətləri, diqqətlərin Tramp və Koreyaya çevrilməsi ilə durğundur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İnvestorların diqqəti ABŞ-ın İran ilə nüvə müqaviləsindən çıxıb-çıxmayacağı qərarına çevirilib. Həmçinin investor və treyderlər Şimali və Cənubi Koreya liderləri arasındakı tarixi görüşü izləyirlər. Bu hadisələr fonunda neft qiymətləri çox dəyişməyib.


 
"Marja" xəbər verir ki, Fransa Prezidenti Emmanuel Macron bu həftənin əvvəlində verdiyi açıqlamada, ABŞ Prezidenti Donald Trampın İran ilə nüvə müqaviləsindən çıxacağını gözlədiyini demişdi. ABŞ-ın Müdafiə naziri Cim Mattis, Cümə axşamı günü etdiyi açıqlamada, müqavilədən çıxmaq məsələsində qərar qəbul olunmadığını bildirib. Koreyada, Kim Jong Un, Cümə günü, cənuba keçən ilk Şimali Koreya lideri olub və ölkəsinin nüvə proqramını Cənubi Koreya prezidenti Moon ilə müzakirə edib.

Reklam_3_11


 
Neft qiymətləri, investorların İranın 2015-ci ildə dünyanın aparıcı ölkələri ilə imzaladığı nüvə müqavilənin mümkün pozulmasını ehtimal etmələri ilə birlikdə üç ildən çox müddətin ən yüksək səviyyəsinə qalxıb. Müqavilə, İran İslam Respublikasının neft hasilatını gündəlik 1 milyon barel artırmasına kömək olmuşdu.Əgər müqavilə pozularsa İranın neft hasilatı və ixracı azala bilər.  

 

36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!

 

Analitiklər bildirirlər ki, bazar, müqavilənin pozulması və İrana yeni sanksiyaların tətbiq edilməsinə dair xəbərləri diqqətlə izləməyə davam edəcəkdir. İnvestorlar bu məsələnin nəticəsini təmkinlə gözləyirlər. İki Koreya arasında sülh müqaviləsi olarsa, böyük ehtimalla neft qiymətləri yüksələcəkdir, amma qısamüddətli olacaqdır. Çünki bazar bu gözləntini böyük ölçüdə satın almış və qiymətlərdə əks etdirmişdir. Əgər Koreya yarımadasında vəziyyət yenidən gərginləşsəydi, dünya iatisadiyyatında artım sürəti aşağı düşər və neftə təlabat azalardı. İndi sülhün əldə olunması ehtimalının atması qlobal iqtisadi artım və neft üçün yaxşı xəbərdir.


 
Bakı vaxtı ilə saat 08:15-ə olan məlumata görə, Qərbi Texas nefti  67.94 dollardan, Brent nefti 74.53 dollardan alıcı tapıb. Neft qiymətəri cüzi geriləyib.

27.04.2018 06:21

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ