Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ABŞ və İngiltərənin ÜDM göstəriciləri açıqlanacaq - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ və İngiltərənin ÜDM göstəriciləri açıqlanacaq - GÜNƏ BAXIŞ

Dünya iqtisadiyyatının üzərində qara buludların artması fonunda yaranmış qeyri-müəyyənlik özünü aparıcı valyutaların qiymətlərində də göstərir.


 

Avro və Funt ucuzlaşmaqda davam edir

 

Dünya valyuta birjalarında aparıcı valyutaların dollara nisbətən məzənnələri ucuzlaşmaqda davam edir. Belə ki, avro/dollar məzənnəsi 1.21$, funt/dollar məzənnəsi 1.39$-a ticarət edilməkdədir. Təhlillərə əsasən, avro əlavə olaraq 1.2075$, funtun qiyməti isə 1.3742$-a kimi də ucuzlaşa bilər.

 

Avropa Mərkəzi Bankının (AMB) açıqlamaları cümə axşamı aparıcı valyutalara olan tələbin daha da azalmasına səbəb olub. Belə ki, AMB sədri Mario Draqi mətbuat konfransında son aylar Avrozona iqtisadiyyatında müşahidə edilən iqtisadi durğunluğun nəzarət altında olmasına və inkişaf göstəricilərinin tarixi orta səviyyələrin üzərində olmasına baxmayaraq, ehtiyatlı olmaq və dəqiq fikir bildirmək üçün gözləmək lazımdır. Beləliklə, mərkəzi bankın ifadələri onu göstərir ki, cari mülayimləşmənin gələcək gözləntiləri fonunda qeyri-müəyyənlik mövcuddur və Draqi özü də, bu vəziyyətin ya müvəqqəti, ya da dərin böhranın başlanğıcı olduğunu bildirdi. İsveç Mərkəzi Bankı da monetar siyasətin normallaşması planını ərtələyib. İngiltərə Mərkəzi Bankının sədri də sonuncu müsahibəsində növbəti faiz artımı fonunda qərarsız olduqlarını göstərib. Bütün bunlarla yanaşı, Beynəlxalq Valyuta Fondu sonuncu hesabatında qlobal risklərin daha da artıdığını göstərib. 

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30-də İngiltərənin və saat 16:30-da Amerikanın birinci rüb üzrə iqtisadi inkişaf göstəriciləri yayımlanacaqdır və fundamental məlumatlar maliyyə bazarlarında yüksək dalğalanamlara səbəb ola bilər.

 

Qızıl 1302$-a kimi də ucuzlaşa bilər

 

Əlvan metallar bazarlarında da qızılın qiyməti ucuzlaşmaqdadır. Artıq 1315$-a ticarət edilən qızılın bir unsiya üzrə qiyməti 1302$-a kimi də dəyər itirə bilər.

 

İŞ SAATINDAN SONRA ƏLAVƏ GƏLİR QAZANA BİLƏRƏM? - ƏTRAFLI


Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb

27.04.2018 06:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ