Yaponiya şirkəti avtomobilə çevrilə bilən robot düzəldib

Yaponiyanın “Softbank” telekommunikasiya korporasiyanın bölməsi olan “Asratec” şirkəti bir neçə startapla birlikdə avtomobilə çevrilən robotu ictimaiyyətə təqdim edib.

 

Bu barədə “J-deite RIDE” layihəsinin saytında məlumat verilib.

 

Hündürlüyü 3,7 metr, çəkisi 1600 kiloqram olan robot iki ayağı üstdə saatda 100 metr sürətlə hərəkət edir. Belə zəif sürətlə hərəkət etməsinə baxmayaraq, robot bir dəqiqəyə ikiyerli idman avtomobilinə çevrilir. Bu avtomobil isə saatda 60 kilometr sürətlə hərəkət edir.

 

Elektromühərriklər vasitəsilə hərəkət edən robotu həm kabinədən əllə, həm də məsafədən pultla idarə etmək mümkündür. Diqqəti cəlb edən başqa bir cəhət isə ondan ibarətdir ki, çevrilmə zamanı avtomobilin kabinəsini tərk etməyə ehtiyac yoxdur.

 

İxtiraçıları bu robotun yaradılmasına ABŞ istehsalı olan “Transformerlər” fantastik filmi ruhlandırıb. Robotun yaradıcıları əldə edilən nailiyyətlə kifayətlənmək fikrində deyillər və beş metr hündürlüyündə olacaq yeni modeli 2020-ci ilədək yaratmağı planlaşdırırlar. Bu robotların əyləncə mərkəzlərində, avtomobil və robot sərgilərində istifadə ediləcəyi planlaşdırılır.

 

© Azərtac

27 Aprel 2018 , 07:58   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin