Prometal şirkəti “Caucasus Build 2018” sərgisində!

Azərbaycanın yerli məhsul istehsalçısı "Prometal" şirkəti “Caucasus Build 2018” Beynəlxalq İnşaat və Dizayn sərgisində iştirak edir.

 

Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, Gürcüstanda keçirilən sərgiyə qatılmaqda əsas məqsəd şirkətin məhsullarını tanıtmaq və əməkdaşlıq üçün xarici şirkətlərlə müqavilə bağlamaqdır.

 

“Prometal bu gün keyfiyyətinə görə dünya standartlarını üstələyən məhsullar istehsal etməkdədir. Məhz buna görə də, eksport potensialı yüksək olan yerli polimer örtüklü dəmir, polad boru və polad profil məhsullarımızı sərgidə qürurla təqdim edirik“, - deyə şirkət rəhbəri əlavə edib.

 

Sərgi ərəfəsində xarici şirkətlərlə əməkdaşlıq müqavilələri imzalanması gözlənilir. Bu müqavilələrlə yaxın gələcəkdə Azərbaycan məhsulları xarici bazarlara çıxacaq, ölkəmizi təmsil edəcək.

 

Qeyd edək ki, sözügedən sərgi bu il artıq 23-cü dəfə keçirilir və 26-29 aprel tarixləri arasında davam edəcək. Sərgidə öz məhsullarını “Made in Azerbaijan” brendi altında təqdim edən Prometal şirkətindən başqa 15 ölkədən 4000-dən çox təmsilçi iştirak edir.

27 Aprel 2018 , 12:57   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin