Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Daha bir sığorta məcburi olacaq - QANUNA DƏYİŞİKLİK EDİLƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir sığorta məcburi olacaq - QANUNA DƏYİŞİKLİK EDİLƏCƏK
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə Səfər sığortası üzrə işçi qrupunun görüşü keçirilib.

 

ASA-dan "Marja"ya daxil olmuş məlumata görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, sədr müavini, Birliyin nümayəndələri ilə yanaşı, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) nümayəndəsi və səfər sığortasının satışını həyata keçirən sığorta şirkətlərinin nümayəndələri iştirak edib.

 

Görüşdə səfər sığortasının həm daxili, həm xarici turizmdə aktiv istifadəsinin təmin edilməsi üzrə müzakirələr aparılıb.

 

36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!

 

Görüş zamanı beynəlxalq təcrübədə ölkəyə daxil olan turistlər üçün səfər sığortasının məcburi qaydada tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, turizm şirkətlərinin istehlakçılar qarşısında məsuliyyətinin müəyyən edilməsi üçün məsuliyyət sığortasının yaradılmasının əhəmiyyəti vurğulanıb. Görüş zamanı AZTA tərəfindən turizm sektorunda səfər sığortasının tətbiqi üçün mövcud problemli məqamlar və bununla bağlı həll metodları səsləndirilib.

 

Görüşün yekunu olaraq sığortaçılar səfər sığortasının ölkəyə daxil olan turistlərə münasibətdə məcburi qaydada tətbiqi ilə bağlı “Turizm haqqında” Qanuna dəyişiklik təklifi və təklifin hazırlanmasından sonra müvafiq qurumlara müraciət edilməsi qərara alınıb.

27.04.2018 15:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ