Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

50-55 min cücə istehsalı mümkündür - İSTİFADƏYƏ VERİLDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
50-55 min cücə istehsalı mümkündür - İSTİFADƏYƏ VERİLDİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL-2) çərçivəsində İsmayıllının Sumağallı kəndində inkubator cücə sexinin tikintisi başa çatıb.

 

Layihə çərçivəsində inkubator sexi üçün bina tikilib, generator, inkubasiya rəfləri, istilik sobası və digər avadanlıqlar qoyulub. İlkin hesablamalara görə, burada mövsüm ərzində 50-55 min cücə istehsalı mümkün olacaq.

 

Aprelin 27-də inkubator sexinin açılışı olub. Rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və təhlili şöbəsinin müdiri Mahmud Süleymanov, rayon kənd təsərrüfatı idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Həsən Həsənov, “AzKİL-2”nin direktor müavini Gülbəniz Qənbərova, icra nümayəndəsi Vidadi Xəlilov, Sumağallı bələdiyyəsinin sədri Ata Rəsulov, kənd ağsaqqalları çıxış edərək layihənin əhəmiyyətindən danışıb, təşkilatçılara və icraçılara təşəkkürlərini bildiriblər.

 

Sonda inkubator sexinə birgə baxış keçirilib, yeni çıxan cücələrin satışı təşkil olunub.

 

© Azərtac

27.04.2018 17:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ