Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakıda “Tramp Tower” adını daşımış binada yanğın!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda “Tramp Tower” adını daşımış binada yanğın!

"Yanğın haqqında məlumat Fövqəladə Hallar Nazirliyinin "qaynar xətti"nə 12:10 radələrində daxil olub. Yanğın təxminən 3 saatdan artıq davam edib, tam söndürülüb".

 

Reklam_3_11

Bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib. O bildirib ki, hadisə yerinə 25 texnika, 100-ə yaxın canlı qüvvə cəlb olunub: "Yanğının uzun davam etməsinin səbəbi su qıtlığı ilə əlaqədardır. Hazırda şəhərdə tıxacdır. Bu iri texnikaların yanğın yerinə yaxınlaşmasına çətinlik törədirdi. Yanğının baş vermə səbəbləri araşdırılır. Yanğın 18-ci mərtəbən yuxarıda baş verib. Xəsarət alan yoxdur. Bəzi informasiya vasitələrində yazılır ki, kimsə özünü binadan atıb. Bu məlumat tam əsassızdır və yalandır. Yanğınsöndürənlər arasında da zəhərlənən olmayıb". 

XXX

 

Bakıda hündürmərtəbəli binada baş verən yanğın söndürülüb.

 
Yanğının baş vermə səbəbləri araşdırılır. 

 

XXX

 

Bakıda hündürmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb.

 
Yanğın binanın çölünü əhatə edib. Binanın içərisinə yanğın keçməyib.

 

Hazırda yanğınsöndürənlər tərəfindən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.  

 

XXX

 

Fövqəladə Hallar Nazirliyi Bakıda hündürmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.

 

Marja-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.

 

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

 

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

 

XXX

 

Yanğın baş verən əraziyə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov gəlib. 

 

XXX

 

Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib. 

 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

 

XXX

 

Yanğın baş verən ərazidə yollar bağlanıb. 


 
Təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb. 


 
Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur. 


 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

 

XXX

Bakıda əvvəllər “Tramp Tower” kimi tanınan binada yanğın başlayıb.

 
Binanın sonuncu mərtəbəsində müşahidə olunan tüstülənmənin yanğın nəticəsində baş verdiyi bildirilir.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşını gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

28.04.2018 10:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ