Nazir və müavini yanğın baş verən əraziyə gəliblər

Bakıda hündürmərtəbəli binada baş verən yanğın söndürülüb.

 

Yanğının baş vermə səbəbləri araşdırılır. 

 

Yanğın zamanı binanın çöl hissəsinə vurulan plastik üzlüklər yanıb. 

 

XXX

 

Bakıda hündürmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb.

 
Yanğın binanın çölünü əhatə edib. Binanın içərisinə yanğın keçməyib.

 

Hazırda yanğınsöndürənlər tərəfindən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.  

 

XXX

 

Bakıda “Tramp Tower” adını daşımış binada (biznes mərkəzi) yanğın davam edir.

 

Yanğın baş verən əraziyə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov gəlib. 

 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib. 


Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

 

Yanğın baş verən ərazidə yollar bağlanıb. 

 

Təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb. 


 
Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur. 


 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Hələlik yanğının qarşısını almaq mümkün olmur.

 

XXX Fövqəladə Hallar Nazirliyi Bakıda hündürmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb. Marja-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

28 Aprel 2018 , 13:17   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin