Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Gözün buynuz qişasının idxal və ixracı üçün tələb edilən sənədlər açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gözün buynuz qişasının idxal və ixracı üçün tələb edilən sənədlər açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nazirlər Kabinetinin “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edib.

 

Dəyişikliklər gözün buynuz qişasının Azərbaycana idxalı prosedurunu müəyyənləşdirir.

 

Beləliklə, göz qişasının idxal edildikdə gözün buynuz qişasının köçürülməsi ehtiyacları üçün gətirilməsi nəzərdə tutulan resipiyentin ixtisaslaşdırılmış tibb müəssisəsinə sifarişi, gözün buynuz qişasını tədarük edən qurumla (Göz Bankı) ixtisaslaşdırılmış tibb müəssisəsi arasında bağlanılmış müqavilə və gözün buynuz qişasının Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankı tərəfindən tədarük olunmasını təsdiq edən sənəd tələb olunacaq.

 

Göz qişası ixrac edildikdə isə gözün buynuz qişasının köçürülməsi ehtiyacları üçün aparılması nəzərdə tutulan resipiyent barədə məlumatlar, Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş gözün buynuz qişasını qəbul edən Göz Bankı ilə ixtisaslaşdırılmış tibb müəssisəsi arasında bağlanılmış müqavilə lazım olacaq.

 

Azərbaycanda gözün buynuz qişasının dövriyyəsi üçün tələb olunan əlavə şərtlər də müəyyənləşib.

 
Nazirlər Kabineti bununla bağlı “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”də dəyişikliklər edib.

 

Beləliklə, gözün buynuz qişasının idxalı üçün ixtisaslaşdırılmış tibb müəssisəsinin Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda olması, gözün buynuz qişasının Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankı tərəfindən tədarük olunmasını təsdiq edən sənəd tələb olunacaq.

29.04.2018 07:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ