Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Meşəbağ-aqrobağ salınır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Meşəbağ-aqrobağ salınır

Qəbələ rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır, yeni ağac tinglərinin yetişdirilməsi və meşə sahələrinin, eləcə də meyvə bağlarının salınması işləri uğurla davam etdirilir.

 

Rayon meşələrin mühafizəsi və bərpası müəssisəsindən  bildiriblər ki, bu ilin mart ayında rayonun meşə fondunun torpaqlarında meyvə ağaclarından ibarət yeni bağların salınmasına start verilib. Meyvə bağlarının salınmasında müəssisənin tingçilik təsərrüfatında yetişdirilən ağaclardan istifadə olunur. Yaz mövsümündə plana uyğun olaraq rayonun Bum, Vəndam, Yenikənd və Zarağan meşəbəyiliklərinin ərazisindəki dövlət meşə fondunun torpaqlarında 32,3 hektar sahədə meşəbağ-aqrobağ sahəsi salınıb. Bunun 15,5 hektarını fındıq, 7,3 hektarını şabalıd, 8,7 hektarını qoz və 0,8 hektarını alma bağları təşkil edir. Bununla da Qəbələ rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisənin nəzdindəki dövlət meşə fondunun torpaqları genişləndirilərək 33 min 400 hektara çatdırılıb.

 

Qeyd edək ki, rayon meşəçiləri bu ilin yaz aylarında rayonda meyvə ağaclarından ibarət 110 hektar sahədə meşəbağ-aqrobağ salmışdılar.

 

© Azərtac

30.04.2018 05:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ