Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanlı zəvvarlar üçün kvota artırılıb və sənəd qəbulunun vaxtı uzadılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı zəvvarlar üçün kvota artırılıb və sənəd qəbulunun vaxtı uzadılıb

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan kvotada artım olub, sənəd qəbulunun vaxtı isə 10 gün uzadılıb.

 

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Azərbaycandan Həccə gedəcək zəvvarlar üçün nəzərdə tutulan 900 nəfərlik kvotaya daha 200 yer əlavə edilib. Bu günə qədər cəmi 100 yer boş qalıb. Sənəd qəbulunun son günü kimi mayın 1-i nəzərdə tutulsa da, müddət ayın 10-na qədər uzadılıb.

 

Qeyd edək ki, bu il Azərbaycan üçün əvvəlcə 2000 yer nəzərdə tutulsa da, sonradan 900-ə endirilib. Buna səbəb olaraq Səudiyyə Ərəbistanı Krallığı Həcc Nazirliyinin bütün ölkələr üzrə yeni kvotalar müəyyən etməsi göstərilirdi. Lakin bildirilmişdi ki, zəruri ehtiyac və xüsusi vəziyyət yarandığı halda, sənəd qəbulunun vaxtı və kvotada artım ola bilər. Zəvvarların uçuşunu Azərbaycan Hava Yolları (AZAL) təşkil edəcək. Zəvvarların səfərləri avqustun 14-ü, 15-i və 16-da baş tutacaq, dönüş isə sentyabrın 1-i, 2-si və 3-nə planlaşdırılıb. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.

30.04.2018 09:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ