Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“ASAN Xidmət”in daha bir işçisinə Kənd Təsərrüfatı Nazirliyində vəzifə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“ASAN Xidmət”in daha bir işçisinə Kənd Təsərrüfatı Nazirliyində vəzifə verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) daha bir işçisinə Kənd Təsərrüfatı Nazirliyində vəzifə verilib.

 

Kənd təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmri ilə Sarvan Elxan oğlu Cəfərov nazirin köməkçisi vəzifəsinə təyin olunub.

 

Qeyd edək ki, S.Cəfərov 1985-ci ilin oktyabrın 28-də anadan olub. 1992-2003-cü illərdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 178 saylı orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb. 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

 

2012-ci ilin noyabr 1-dən bugünədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin köməkçisi vəzifəsində işləyib. Rus və ingilis dillərini bilir.

 

S.Cəfərov 2012-ci ildən indiyədək Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.

 

Xatırladaq ki, aprel ayının 21-də Prezident İlham Əliyevin sərəcamı ilə Dövlət Agentliyinin sədri İnam Kərimov vəzifəsindən azad edilərək kənd təsərrüfatı naziri təyin olunub.

 

İnam Kərimovun daha bir əmrilə İlhamə Qədimova nazirliyin Hüquq şöbəsinin müdiri təyin olunub. A.Hüseynovun sözlərinə görə, xanım əməkdaş buna qədər “ASAN Xidmət”də Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.

XXX


İlhamə Qədimova Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə maqistratura, doktorantura təhsili almış və Cinayət hüququ üzrə doktor elmi dərəcəsi alıb.

 

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

 

2012-ci il 18 dekabrdan bugünədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

© Report, Modern

30.04.2018 12:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ