Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın ən yaxşı mühasibatlıq resursları müəyyən edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ən yaxşı mühasibatlıq resursları müəyyən edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Auditorlar Palatasının, Azərbaycanın Sahibkarlar Konfederasiyasının və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən II Milli Mühasiblər Forumunda Azərbaycanın ən yaxşı mühasibatlıq resursları müəyyən olunmuşdur. Forumdan əldə edilmiş məlumata görə, nominasiyalar üzrə aşağıdakı resurslar qalib müəyyən olunmuşdur.

 

“Mühasibat proqramı” müsabiqəsinin qalibi SERP proqram təminatıdır. “Bulud” texnologiyası əsasında qurulmuş proqram təminatı SINAM şirkəti tərəfindən yaradılmışdır və hazırda 300-ə yaxın dövlət təşkilatında və özəl qurumlarda tətbiq edilmişdir.

 

“Mühasibat uçotu sahəsində kitab” müsabiqəsinin qalibləri :

 

-Vergi uçotu nominasiyası üzrə: İsmayıl Bağırovun, Təbiət Tağıyev “Vergi Məcəlləsinin Praktiki İzahı”

-Mühasibat uçotu nomunasiyası üzrə: Elvin Həsənov, Elvin Əlimərdanov “Mühasibat Uçotu”

-İdarəetmə uçotu nominasiyası üzrə: Sifariz Fərzəliyev, Vaqif Quliyev “İdarəetmə Uçotu”

-“Mühasibat uçotu sahəsində jurnal” müsabiqəsinin qalibi – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Maliyyə və uçot” jurnalı

-“Mühasibat uçotu sahəsində məqalə” müsabiqəsinin qalibi – Oksana Xanseyidova “Maliyyə uçotu və Vergi uçotunun konvergensiyası”.

 

II Milli Mühasiblər Forumunda “mühasibat uçotu üzrə dövlət tənzimlənməsi”, “vergi qanunvericiliyi və mühasibat uçotu”, “kommersiya qurumlarında mühasibat uçotunun problemləri”, “mühasibat uçotu proqramları təminatında müasir çağırışlar”, “maliyyə hesabatının beynəlxalq standartlarının tətbiqində təhsil və sertifikasiyanın rolu” və digər mühüm məsələlər geniş müzakirə olunmuşdur. Forumda səsləndirilən bütün təkliflər yekun olaraq Təklif paketi kimi Azərbaycan Respublikasının aidiyyatı dövlət qurumlarına təqdim ediləcəkdir.

30.04.2018 14:20

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ