Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABŞ-da inflyasiya Fed-in hədəfinə çatıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da inflyasiya Fed-in hədəfinə çatıb

ABŞ-da  inflyasiya bir ildə ilk dəfə Fed-in 2%-lik hədəfinə çatıb.
 

ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, inflyasiya illik müqayisədə 1.7%-dən 2% yüksələrək Fed-in hədəfinə çatıb.
 

Reklam_3_11

Martda əhalinin gəlirləri 0,3%, xərcləri isə 0,4% artıb. Gözlənti gəlirlərdə 0.4%, xərclərdə isə 0.5% artım olacağı istiqamətində idi.

 

Baza PCE isə proqnoza paralel olaraq aylıq 0.2%, illik 1.9 faiz artıb.

 

İstehlakçı xərclərindəki artımın iqtisadiyyata təkan verəcəyi gözlənilir. Fed-in izlədiyi inflyasiya göstəricisi hədəfə çatsa da Fed rəsmilərinin faiz artımlarının mərhələli olacağı planına sadiq qalacağı gözlənilir.
 

Bankın Çərşənbə günü iclasında faiz dərəcələrini dəyişdirməməsi, ilin 2-ci faiz artımını isə İyun ayında həyata keçirəcəyi gözlənilir.

 

Bu gün Dollar mühüm valyutalar qarşısında bahalaşıb. Bakı vaxtı ilə saat 16:54-ə olan məlumata görə, Avro/Dollar məzənnəsi 0,4% geriləyərək 1.2082 səviyyəsinə düşüb (Dollar bahalaşıb, Avro ucuzlaşıb). 

30.04.2018 14:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ