Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yeni nazir fermer və sahibkarlarla görüşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni nazir fermer və sahibkarlarla görüşdü

Kənd təsərrüfatı naziri inam Kərimov "Aqrolizinq"in fəaliyyəti ilə tanış olub.

 

Kənd Təsərrüfatı Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, nazir əvvəlcə “Aqrolizinq” ASC-nin əməkdaşlarının iş şəraiti ilə tanış olub. İş prosesində əməkdaşların qarşılaşdıqları  bir çox məsələlərlə maraqlanıb, onların istək və arzularını dinləyib.

 

“Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədov Cəmiyyətin fəaliyyətinin bütün istiqamətləri, o cümlədən Avtomatlaşdırılmış İnformasiya Sistemi (AİS) və göstərilən xidmətin elektronlaşdırılması sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verib.

 

Nazir daha sonra kənd təsərrüfatı texnikalarını lizinqə götürmək üçün “Aqrolizinq” ASC-yə müraciət edən fermer və sahibkarlarla da görüşərək onlarla ətraflı söhbət aparıb. İstifadəçiləri diqqətlə dinləyən nazir onların qarşılaşdıqları çətinliklər, aradan qaldırılması istiqamətində təkliflərlə maraqlanıb. Bir neçə fermer kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi, o cümlədən qarabaşaq istehsalında istifadə olunan texnikaların, yeni gübrə növlərinin gətirilməsi barədə təkliflərini, həmçinin taxıl biçini zamanı kombaynların istifadəsinə dair istəklərini bildiriblər.

30.04.2018 16:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ