Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Aqrolizinq”in zərəri 2 dəfə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Aqrolizinq”in zərəri 2 dəfə artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

 Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 932,346 mln. manat təşkil edib.

 

Qurumun maliyyə hesabatına istinadən xəbər görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 23,9% çoxdur.

 

2017-ci ildə “Aqrolizinq”in uzunmüddətli aktivləri 37,7% artaraq 556,895 mln. manata, qısamüddətli aktivləri isə 7,9% artaraq 375,452 mln. manatas çatıb.

 

İl ərzində səhmdar cəmiyyətin cəmi öhdəlikləri 0,4% artaraq 394,89 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 3,7% azalaraq 352,571 mln. manat, qısamüddətli öhdəlikləri isə 55,25% artaraq 42,319 mln. manat, cəmi kapitalı isə 49,6% artaraq 537,456 mln. manat, o cümlədən nizamnamə kapitalı 55,3% artaraq 561,628 mln. manat olub.

 

Ötən il “Aqrolizinq”in əsas əməliyyat gəliri 180,772 mln. manat (əvvəlki ilə nisbətən 41,6% çox), satışının may dəyəri 167,441 mln. manat (38,4% çox), sair gəlirləri 411 min manat (97,5% az), vergidən azad gəlirlər üzrə zərəri 8,51 mln. manat (əvvəlki il olmayıb), inzibati xərcləri 4,163 mln. manat (58,8% az), köhnəlmə və amortizasiya xərcəri 2,512 mln. manat (10,3% az), məzənnə fərqindən zərəri 14,383 mln. manat (əvvəlki il olmayıb), sair xərcləri isə 5,895 mln. manat təşkil edib.

Son nəticədə qurum 2017-ci ili 21,722 mln. manat zərərlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 96,1% və yaxud təxminən 2 dəfə çoxdur. 

01.05.2018 07:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ