Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Autizmli uşaqlar podiuma çıxıblar ®

iç səhifə xəbər başlığı altı (mobil)_31
Autizmli uşaqlar podiuma çıxıblar ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Aprelin 30-da YARAT Müasir İncəsənət Mərkəzində autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi keçirildi.

 

 "Autizm – Fərqli və Bizdən Biri" adlı tədbir “Birgə və Sağlam" İctimai Birliyinin və "Ümid var" xeyriyyə cəmiyyətinin təşkilatçılığı, "AS Qrup İnvestment" şirkətlər qrupunun baş sponsorluğu ilə  təşkil olundu.

 

Hər zaman böyük qayğıya ehtiyacı olan autizmli uşaqlar podiuma çıxaraq yaz-yay kolleksiyasından geyimlər təqdim etdilər. Autizm sindromlu uşaqlar üçün inanılmaz nailiyyət sayılan bu layihə "Birgə və Sağlam" ictimai birliyinin reabilitasiya mərkəzindən 20 uşaqla gerçəkləşdirildi.  

 

Tədbir boyu qonaqlara "Autizm nədir?" sualına cavab tapmaları üçün müxtəlif qısametrajlı filmlər göstərildi, autizmi anladan bukletlər paylanıldı. Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı gözləyən bu uşaqların cəmiyyətə inteqrasiyası, sosiallaşması baxımından da tədbir mühüm əhəmiyyət kəsb edir.

 

Moda nümayişilə bərabər pianoda ifa və xor şəklində müxtəlif mahnıları səsləndirərək autizmli uşaqlar qonaqlara “biz də cəmiyyətin ayrılmaz parçasıyıq” mesajını verməyə çalışdılar.  

 

Tədbirdə əməkdar artist Tünzalə Ağayeva, modelyer Gülnarə Xəlilova və bir sıra başqa ictimai şəxslər iştirak edərək autizmlu uşaqların yanında olduqlarını göstərdilər.     Moda nümayişindən əldə olunan vəsait "Birgə və Sağlam" ictimayi birliyinin reabilitasiya mərkəzinin imkansız ailələrinin autizmli uşaqlarının təhsilinə sərf olunacaq.

 

Öz korporativ sosial məsuliyyət anlayışı ilə seçilən “AS Qrup İnvestment” isə tədbirə autizm sindromlu uşaqlar üçün nəzərdə tutulmuş xüsusi hədiyyələri ilə dəstək oldu.  

01.05.2018 10:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ