Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

METAK-dan 70 min manatlıq ilk ödəniş

iç səhifə xəbər başlığı altı (mobil)_31
METAK-dan 70 min manatlıq ilk ödəniş
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın böyük nüfuzuna malik olan METAK şirkəti buraxmış olduğu istiqrazları üzrə ilk faiz ödənişlərini artıq ödəyib. 

 

Reklam_3_11

Şirkətdən "Marja"ya daxil olmuş məumata görə, faiz ödənişləri METAK-ın yanvar ayının sonunda buraxdığı ilk istiqrazlar üzrə həyata keçirilib. Xatırladaq ki, həmin vaxt illik 14% gəlirliklə 2 milyon manat həcmində emissiyası həyata keçirilən istiqrazların faiz ödənişlərinin rüblük hesablanmaqla 3 aydan bir ödənilməsi nəzərdə tutulmuşdur. 

 

Aprel ayının 30-da istiqraz sahibləri ilk faiz ödənişi olaraq 70 min manat qazanc əldə ediblər. Faiz ödənişləri şirkət tərəfindən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına ödənilib və həmin vəsaitlərin istiqraz sahiblərinin hesabına paylanması həyata keçirləcəkdir.

 

Növbəti faiz ödənişlərinin ödənilmə qrafiki iyul ayının 29-da, oktyabr ayının 29-da və yanvarın 29-da həyata keçiriləcəkdir.

 
May ayında isə METAK-ın ikinci emissiya istiqrazları üzrə faiz ödənilşlərinin ödənilməsinə başlanılacaqdır.  İkinci emissiya istiqrazların  məbləği 3 milyon manat, müddəti 1 il, illik gəlirliyi isə 12%- nəzərdə tutulmuşdur. Emissiya Şərtlərinə görə, bu istiqrazların faiz gəlirləri hər ayın 19-da ödəniləcək. Hər ödəniş zamanı isə  istiqraz sahiblərinə ümumilikdə 29 589 manat vəsait (qiyməti 1000 manat olan hər istiqraza 9,86 manat olmaq şərtilə) ödəniləcəkdir. Bu istiqrazlar üzrə faiz ödənişlərinin qrafiki isə öz növbəsində may ay 19-da, iyun ayının 19-da və rüblük olmaqla qeyd edilən qaydada həyata keçiriləcəkdir.

01.05.2018 12:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ