Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dövlət Fondu mənzilləri alıb kirayəyə verəcək - FƏRMAN

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Fondu mənzilləri alıb kirayəyə verəcək - FƏRMAN

Bu gün Prezident İlham Əliyev "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında" Fərman imzalayıb. Ətraflı: http://marja.az/news/24147

 

"Marja" xəbər verir ki, Fərman ilə Fondun nizamnaməsinə yarımbənd əlavə edilib.


Əlavə ilə Fonda, yaşayış sahələrini almaq və satmaq öhdəliyi ilə kirayəyə vermək vəzifəsi də tapşırılır.

 

"Aşağıdakı məzmunda 2.2.2-1-ci yarımbənd əlavə edilsin: 2.2.2-1. yaşayış sahələrini alır və satmaq öhdəliyi ilə kirayəyə verir",- Fərmanda deyilir.

 

Qısası, Fond mənzilləri alacaq və kirayəyə verəcəkdir. Bir şərtlə ki, həmin mənzil sonda kirayə götürənə satılacaqdır. Bunun üçün mexanizm və qaydalar hazırlanacaqdır. Yeniliyin üstünlüyü, əhalinin bir qrupunun çoxsaylı sənəd toplamaqdan və gəlir tələblərindən azad olması ola bilər.


36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!

 

Fərman ilə Fonda, müvafiq olaraq yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsinə dair qaydanın layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. 

 

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu- Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsidir.

01.05.2018 16:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ