Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qidada korrupsiyaya qarşı memorandum!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qidada korrupsiyaya qarşı memorandum!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

 

Reklam_3_11

Memorandumu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıb.

 

“Sənədin imzalanmasında məqsəd ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində islahatların aparılması zamanı korrupsiya və rüşvətxorluq faktlarının qarşısının alınmasından ibarətdir”, - deyə Q.Təhməzli bildirib.

 

Mərasimdə çıxış edən Kamran Əliyev imzalanan yeni sazişin cəmiyyətin və dövlətin maraqlarına xidmət edəcəyini bildirib. İdarə rəisi bu mühüm sahədə korrupsiya hüquqpozmalarının aşkar edilməsi və araşdırılmasına dair tərəflərin birgə fəaliyyətinin qanunla müəyyən edilmiş tələblər səviyyəsində qurulması üçün bütün zəruri tədbirlərin görüləcəyini qeyd edib.

 

Qoşqar Təhməzli ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan addımlardan biri kimi əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırılmasının sevindirici hal olduğunu qeyd edib.

02.05.2018 08:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ