Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Alfa Sığorta”nın kreditorlarının nəzərinə!

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Alfa Sığorta”nın kreditorlarının nəzərinə!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Alfa Sığorta” ASC-nin kreditorlarının ikinci növbə tələbləri üzrə ödənişlərə başlanılıb


 

Reklam_3_11

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarı ilə lisenziyası ləğv edilmiş “Alfa Sığorta” ASC-nin kreditorlarının ikinci növbə tələbləri üzrə ödənişlərə cari ilin 30 aprel tarixindən etibarən başlanılıb. İkinci növbə ödənişlər şəxsi sığorta növləri üzrə sığorta hadisələri nəticəsində dəymiş zərərlərə aiddir. Bu barədə "Marja"ya Palatadan bildirilib.

 

Qeyd edilib ki, kreditorların tələblərinin birinci növbə üzrə sığorta ödənişləri “İcbari Sığortalar haqqında” Qanuna  əsasən İcbari Sığorta Bürosu tərəfindən qarşılanıb.

 

Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə “Alfa Sığorta” ASC müflis elan edilmiş və onun iflası proseduruna başlanılmışdır. Bu müddət ərzində ləğv prosesində olan “Alfa Sığorta” ASC-nin kreditorlarının tələblərinin reyestri tərtib edilmiş və məhkəmə tərəfindən təsdiq edilmişdir. Məsələyə yekun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmışdır.

 

Hazırda sığorta şirkətinin ləğvetmə prosesi davam edir.

02.05.2018 09:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ