Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Hər kəs Yasamal Yaşayış Kompleksindən mənzil ala bilər - QİYMƏTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hər kəs Yasamal Yaşayış Kompleksindən mənzil ala bilər - QİYMƏTLƏR

"Kat Holding" tikinti şirkəti Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində tikdiyi binalardakı mənzillərin bir hissəsini kütləvi satışa çaxarıb.

 

Reklam_3_11

İlk öncə qeyd edək ki, Yasamal Yaşayış Kompleksi xarici dairəvi avtomobil yolunun kənarında yerləşir. Kompleksin ümumi sahəsi 11,6 hektar təşkil edəcəkdir. Yaradılacaq bu ilk şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaqdı. Mənzillərin bir hissəsi MİDA tərəfindən güzəştli şərtlərlə satılacaqdır.   Binalardan güzəştli mənzilləri  almaq hüququna malik olan  şəxslərin siyahısı təsdiq edilib və bir müddə əvvəl güzəştli mənzillər satışa çıarılıb.

 

“Marja” xəbər verir ki, kompleksdə MİDA-nın şərtləri ilə mənzil tikintisi aparan "Kat Holding" şirkəti də öz mənzillərini satışa çıxarıb.  Şirkət tam təmirli mənzilləri faizsiz daxili kredit şərtləri ilə təklif edir. İlkin ödəniş 15%, kredit müddəti isə 36 aydır. "Kat Holding" təmirli mənzilin 1 kv.m-ni 1493 manata təklif edir.

 

Məsələn, sahəsi  45 kv.m olan 1 otaqlı mənzilin nağd qiyməti 67 185 manatdır. 30% və ya  20.155 manat ilkin ödəniş ödəyib, qalan məbləği hər ay (24 ay) 1 959 manat ödəməklə 1 otaqlı mənzili əldə edə bilərsiniz.

 

Sahəsi 63  kv.m  olan 2 otaqlı mənzilin nəğd qiyməti  94 059 manatdır.  30%  və ya 28.218 manat ilkin ödənişi ödəyib, qalan məbləği hər ay (24 ay) 2.743 manat  ödəməklə bu mənzili əldə edə bilərsiniz.

 

Sahəsi 79  kv.m olan 3 otaqlı mənzilin nəğd qiyməti isə 117 947 manatdır. 30% və ya 35 384 manat ödəyib, qalan məbləği hər ay (24 ay) 3440 azn ödəməklə 3 otaqlı mənzili əldə edə bilərsiniz.

 

Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi çərçivəsində "Kat Holding" müsabiqə yolu ilə dövlət-özəl tərəfdaşlığına cəlb edilib.

 

"Kat Holding" 3 yaşayış binasının (iki ədəd 12 mərtəbəli 1 bloklu və bir ədəd 9 mərtəbəli 2 bloklu) tikintisi üzrə  investisiya müsabiqəsinn qalibi olub. Müsabiqə şərtlərinə əsasən, "Kat Holding" tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik bir bina MİDA-nın sərəncamına veriləcək, həmin binanın yaşayış sahələri “Güzəştli mənzil” elektron  sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Digər 2 binanın mənzilləri bazar qiymətləri ilə maraqlı olan şəxslərə   satılacaq.  

 

"KAT Holding" MMC Azərbaycanda fəaliyyət göstərən "KAT Ltd" kimi 2000-ci ilin noyabr ayından etibarən fəaliyyətə başlayıb. Şirkət Azərbaycanda, eləcə də Gürcüstanda, Ukraynada mülki mühəndislik layihələrini uğurla həyata keçirir. Gələcəkdə dünyanın bir çox ölkələrində yeni layihələr planlaşdırılır.

03.05.2018 05:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ