Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR-dan Türkiyə hökumətinə müraciət

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-dan Türkiyə hökumətinə müraciət

SOCAR Türkiyədəki aktivi olan Petkimin yerləşdiyi ərazinin “strateji investisiya bölgəsi” elan edilməsi üçün hökumətə müraciət edib.

 

Bunu “SOCAR Türkiyə”nin İdarə Heyətinin sdri Vaqif Əliyev türkiyəli jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Türkiyə üzrə planlanmış investisiyalar davam etdirilir. “19,5 milyard dolara çatacaq investisiyalara əlavə olaraq ikinci Petkim adlandırılan investisiya layihəmiz var. Dəyəri 3 milyard dollar olacaq bu nəhəng layihə üçün 2019-cu ildə investisiya qərarı veriləcək. İnvestisiyanın planlaşdırıldığı Aliağa bölgəsinin “strateji investisiya bölgəsi” elan edilməsi verəcəyimiz qərarı asanlaşdıracaq,” – deyə Vaqif Əliyev bildirib.

 

Sinqapurda bu kimi oxşar strateji investisiya bölgəsinin olduğunu xatırladan V. Əliyev  hökumətlə işlərin davam etdirildiyini qeyd edib: “Yeni Petkim olaraq adlandırdığımız bu investisiyanın ayrılması üçün “strateji bölgə” istəyimizi hökumətə təqdim etdik. Biz özümü Türkiyədə strateji investor kimi görürük. Türkiyə də bizi strateji investor kimi görür. Aliağa bölgəsinə strateji investisya bölgəsi statusunun verilməsi bizim investisiyalarımızı asanlaşdırır. İnvestisiya qoyularkən müxtəlif nazirliklərə  müraciət edilməyəcək. Bütün yatırım prosesi bir əldən həyata keçiriləcək və bu qərar bürokratiyanı azaldacaq”.

 

SOCAR-ın xarici investisiyalarının 80%-nin Türkiyəyə yatırıldığını deyən V. Əliyev bu günə qədər qardaş ölkəyə 12,6 milyard dollarlıq investisiya yatırıldığını bildirib: “Petkimin özəlləşdirməsindən sonra hər il 100 milyon dollarlıq investisiya edirik. 10 ildir Türkiyədən bir qəpik belə gətirməmişik. Qazandığımız hər qəpik Türkiyəyə investisiya edilir”.

 

© APA

02.05.2018 10:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ