Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Axşam başa çatacaq Fed-in iclasından nələr gözlənir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Axşam başa çatacaq Fed-in iclasından nələr gözlənir?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bankın hədəfinə yaxınlaşan inflyasiyaya dair mesajları əhəmiyyətli olacaq!


 

Reklam_3_11

Fed rəsmiləri dünən başlayan faiz toplantısının ardından bu axşam qərarlarını açıqlayacaqlar. Bazarlarda ümumi gözlənti faiz nisbətlərində dəyişiklik olmayacağı istiqamətindədir. Ancaq mütəxəssislər, daha çox faiz artırılmasına dair "şahin" ritorika ola biləcəyinə diqqət çəkirlər.


 
"Marja"  "Reuters"ə istinadən xəbər verir ki, artan inflyasiya və aşağı məşğulluğun dəstəyi ilə borc xərclərinin (faizlərin) İyunda artacağına dair bir mesaj verəcəyi gözlənilir.


 
"JP Morgan"ın iqtisadçısı Maykl Feroli müştərilərinə göndərdiyi məktubda Fed-dən bir dəyişiklik gözləmədiklərini bildirib.
 

 MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN


PCE inflyasiya Mart ayında 1.9% təşkil edərək Fed-in 2% hədəfinə yaxınlaşmış və 2017-ci ilin Fevral ayından bəri ən böyük artımı qeyd etmişdir.

 

"Deutsche Bank"ın iqtisadçısı Torsten Slok "inflyasiya 2%-ə yaxınlaşdıqca Fed-in tonunun dəyişib dəyişmədiyi əhəmiyyətli olacaqdir" deyib.


 
Fed Mart toplantısında faizləri 25 bənd artırmışdı. Bir çox bazar oyunçusu ilin qalan dövründə daha 2 faiz artımı gözləyir, ancaq 3 faiz artımı gözləyənlər də var.


 
 Fed qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq.

02.05.2018 12:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ