Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Samir Şərifov fransalı həmkarı ilə görüşəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Samir Şərifov fransalı həmkarı ilə görüşəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Parisdə Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının 8-ci iclası öz işinə başlayıb.

 

Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın xarici ticarət, turizmin təşviqi və xaricdə yaşayan fransızlar üzrə dövlət katibi Matias Feklin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edir.

 

Komissiyanın gündəliyinə iki ölkə arasında iqtisadiyyat, maliyyə əməkdaşlığı, yanacaq-energetika, nəqliyyat, kosmik və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, eləcə də ətraf mühitin mühafizəsi, mədəniyyət, təhsil, gənclər və idman sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib.

 

İclasda Azərbaycan ilə Fransa arasında xüsusi ilə ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı diqqət mərkəzində olacaq.

 

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra yekun protokol imzalanacaq.

 

Səfər çərçivəsində S. Şərifovun bir sıra ikitərəfli görüşləri, o cümlədən Fransanın maliyyə naziri Mişel Sapen ilə görüşü nəzərdə tutulub.

13.12.2016 11:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ