Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Lənkəranda Yaponiyadan gətirilmiş yeni növ çay bitkisi əkilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lənkəranda Yaponiyadan gətirilmiş yeni növ çay bitkisi əkilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Lənkəran rayonunun çaybecərənləri çayçılığın inkişafı istiqamətində beynəlxalq təcrübədən də yararlanırlar. Bu il ilk dəfə Yaponiyanın çayçılıq üzrə ixtisaslaşmış şirkəti ilə bağlanmış müqavilə əsasında rayona gətirilmiş yeni növ çay bitkisinin əkini həyata keçirilib.

 

Aqronom Rövşən Əliyev Yaponiyadan gətirilmiş yeni çay növlərinin həm məhsuldarlığı və keyfiyyəti, həm də şaxtaya davamlılığı baxımından fərqləndiyini bildirib.

 

Yaponiyadan gətirilmiş üç növ yeni çay bitkisi sınaq məqsədilə hələlik 0,15 hektar sahədə əkilib. Yeni növ çay növlərinin əkin üsulu da fərqlidir. Belə ki, cərgələr polietilen örtüklərlə örtülür, daha sonra xüsusi alət vasitəsilə torpaq üzərindəki həmin örtüklərdə dəliklər açılmaqla, çay əkini həyata keçirilir.

 

Xaricdən gətirilmiş yeni çay növləri üç il ərzində sınaq müddəti keçdikdən sonra, artırılaraq yeni ərazilərə köçürüləcək.

© Azərtac

03.05.2018 06:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ