Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Hava limanlarında “ASAN Viza”ların verilməsinə başlanılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hava limanlarında “ASAN Viza”ların verilməsinə başlanılır

"Bu günə qədər 420 minə yaxın əcnəbiyə "ASAN Viza" sistemi vasitəsilə elektron viza verilib".

 

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.

 

"ASAN xidmət"in sədri bildirib ki, may ayının 15-dən başlayaraq 15 dövlətin - Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, İran, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur, Türkiyə, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına Azərbaycanın hava limanlarında “ASAN Viza”lar veriləcək.

 

Ü. Mehdiyev qeyd edib ki, 2017-ci ilin yanvar ayından "ASAN Viza" sistemi vasitəsilə əcnəbilərə 3 saat ərzində elektron vizalar verilir və bunun müqabilində 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.

 

© APA

03.05.2018 07:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ