Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

“Gilan”ın bankı 2016-dan mənfəətlə çıxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Gilan”ın bankı 2016-dan mənfəətlə çıxdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AFB Bank ASC 2016-cı ili 2 milyon 554 min manat xalis mənfəət ilə başa vurub.

 

“Marja” xəbər verir ki, ötən il Bankın cəmi gəlirləri 36 milyon 340 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 22 milyon 505 min manat xalis əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 19 milyon 145 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb. Qalan 3 milyon 360 min manat mənfəətdən 805,70 min manat mənfəət vergisi ödənilib. Nəticədə Bankın 2 milyon 554 min manat xalis mənfəəti qalıb.

 

Xatırladaq ki, AFB Bank 2014-cü ildə 3 milyon 928 min manat, 2015-ci ildə isə 2 milyon 19 min manat xalis mənfəət əldə etmişdi.

 

31 Dekabr 2016-cı il tarixində AFB Bank 300 milyon 446 min manat cəmi aktivlərə, 219 milyon 311 min manat cəmi öhdəliklərə, 81 milyon 134 min manat cəmi kapitala malik olub. Bank 2015-ci ilin sonunda 308 milyon 730 min manat cəmi aktivlərə, 232 milyon 364 min manat cəmi öhdəliklərə, 76 milyon 366 min manat cəmi kapitala malik idi.

 

AFB Bank-ın səhmlərinin 99,64% “Gilan” MMC-yə məxsusdur.

02.02.2017 08:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ