Avropa Birliyi və Meksika Trump-a qarşı birləşdi

Avropa Birliyi (AB) Komissiyasından verilən məlumata görə, AB və Meksika, iki tərəf arasında 2000-ci ildə bağlanmış Sərbəst Ticarət Müqaviləsinin (FTA) yenilənməsi üçün aparılan danışıqların sürətləndirilməsi qərara alıblar. Bu çərçivədə, 3-7 Aprel və 26-29 İyunda iki ayrı müzakirə turu keçiriləcək.


 
Müzakirələri sürətləndirmək qərarı, AB Komissiyanın Ticarətdən Məsul Üzvü Cecilia Malmström ilə Meksikanın iqtisadiyyat naziri Ildefonso Guajardo arasındakı telefon danışığında əldə olunub.


 
Məsələyə dair Malmström və Guajardo birgə yazılı bir açıqlama da yayıb. İki tərəf arasında ticarət əlaqələrinin yenilənməsinin, iş yerləri yaradacağı, inkişafın gücləndiriləcəyi, şirkətlərin daha rəqabətə davamlı hala gətirəcəyi və istehlakçılara artan variantlar təqdim olunacağı ifadə edilib.


 
ABŞ Prezidenti Trumpın ABŞ iqtisadiyyatını qorumaq adına azad ticarət sazişlərinə qarşı olan mövqeyinə işarə edilən açıqlamada,"Dünyada proteksionizm siyasətinin narahatedici bir şəkildə artdığına şahid oluruq. İndi fikirdaş tərəfdaşlar olaraq, qlobal və açıq iş birliyi fikrini bərabər müdafiə etmək məcburiyyətindəyik",- deyilir.

 

Proteksionizm dövlətin iqtisadi siyasətinin milli istehsalatın dəstəklənməsinə yönələn addımdır.

2 Fevral 2017 , 11:42   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin