Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“AS Qrup İnvestment”in dəstəyilə peşəkar boksçular rinqə çıxdılar

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AS Qrup İnvestment”in dəstəyilə peşəkar boksçular rinqə çıxdılar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Argentina, İspaniya, Ukrayna, Rusiya və Azərbaycandan olan peşəkar boksçular dünən (2 may 2018) Bakıda açıq hava məşqi keçirdilər. 4 may tarixində Bakı İdman Sarayında (Əl Oyunları Sarayı) baş tutacaq turnirin içtirakçıları Fəvvarələr bağında quraşdırılmış rinqdə ictimaiyyətə təqdim olundu.

 

Reklam_3_11

Beynəlalq boks təşkilatçısı olan “BoomBox” şirkətinin təşkilatçılığı, Azərbaycanın “AS Qrup İnvestment” şirkətlər qrupunun dəstəyi ilə keçirilən boks gecəsində tam 4 titulun çempionluq kəmərləri uğrunda mübarizə aparılacaq.

 

Dünyanın 5 ölkəsindən 16 boksçu WBC Youth (Dablyu-Bi-Si Gənclər), IBF International ( Ay-Bi-Ef Beynəlxalq), WBA Continental (Dablyu-Bi-Ei Qitə)  WBA Inter-Continental (Dablyu-Bi-Ei Qitələrarası) kateqoriyaları üzrə çempionluq üçün döyüşəcək.

 

Gecənin əsas qarşılaşmasında azərbaycanlı Ramil Hacıyev WBC Youth versiyası üzrə dünya çempionu kəməri uğurunda argentinalı boksçu, dünya reytinqində Top 100-də olan Mateo Veronla rinqə çıxacaq.

 

Həmin gün məşhur rusiyalı qardaşlar Həsən və Hüseyn Baysanqurov qardaşları öz titullu rəqibləri ilə ən məşhur beynəlxalq versiyalar WBA və IBF üzrə 3 titul uğrunda döyüşəcəklər. Həsən WBA Continental versiyası üzrə çempion kəmərini Quido Pitodan almağa çalışacaq. Onun böyük qardaşı Hüseyn isə özünün IBF International versiyası üzrə çempionluq kəmərini və WBA Inter-Continental versiyası üzrə çempionluq kəmərini müdafiə etmək üçün Antonio Villalobosla döyüşəcək.

 

Bu döyüşlərdən əlavə də maraqlı daha 5 qarşılaşma keçiriləcək. Boks turnirlərində rast gəlinən ənənəvi və məşhur şoularla birlikdə proqramın 5 saatadək davam etməsi gözlənilir. Bütün proqram “İdman Azərbaycan” kanalı vasitsilə canlı yayımlanacaq. Həyəcanı daha yaxından hiss etmək və Bakıdakı ilk beynəlxalq boks turnirinin canlı şahidi olmaq istəyənlər isə biletləri şəhərin kassalarından və iticket.az saytından əldə edə bilər.

 

03.05.2018 09:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ