Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Nazirlik: "Bu maddələr dərman vasitələri deyil"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlik: "Bu maddələr dərman vasitələri deyil"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bir çox Avropa ölkələrində olduğu kimi artıq Azərbaycanda da bioloji aktiv maddələrdən geniş istifadə olunur. Təbii ki, bu maddələr dərman vasitələri deyil".

 

Reklam_3_11

Bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

 

Onun sözlərinə görə, istehsalçılara da qanunla tələb qoyulub ki, bioloji aktiv maddələrin üzərində onların dərman vasitəsi olmadıqları bildirişi qeyd olunsun: "Həkim də resept yazarkən bu maddələrin adlarını reseptə əlavə etsə, onlar barəsində inzibati qaydada məsuliyyət tədbiri (cərimə) görüləcək. Çünki dərk edilməlidir ki, bioloji aktiv maddələr qida əlavəsi olduğundan müalicə məqsədi ilə istifadə olunmur. Xəstəliklərin müalicəsində də sırf dərman preparatlarından istifadə edilməlidir".

 

O qeyd edib ki, reseptlərdə dərmanlar beynəlxalq patentləşdirilməmiş adla yazılmalıdır: "Lakin ölkədə hələ də reseptlərdə dərmanların adlar belə qaydada yazılmır və reseptlərdə dərmanların ticari adla yazılması həkimlər tərəfindən davam etdirilir. Həkimlərə müraciət edərək bildiririk ki, hər bir həkim reseptlərdə dərmanların beynəlxalq patentləşdirməmiş adı ilə qeyd etsinlər. Bu qaydalara apteklər də riayət etməlidir. Yəni, onlar da tələblərlə yazılmayan reseptlərlə dərman satmamalıdırlar".

 

"Təəssüf ki, bu gün əczaçılıq şirkətləri həkimlərlə razılaşmalar əldə edirlər. Bu cür neqativ halların qarşısını almaq üçün həkimlərin reseptlərdə dərmanları ticari adla yazmasına icazə vermir. Pasiyent apteklərdə reseptə yazılan patentləşdirilməmiş ada uyğun olaraq dərmanları öz istəklərinə görə seçməlidir. Əczaçılıq fəaliyyətinin tələblərinə riayət etməyənlər məsuliyyət tədbirləri görüləcək. Əgər tələblərə riayət edilməməklə bağlı nazirliyə hansısa şikayət və ya müraciət daxil olarsa pozuntuya yol verən şəxs cərimələnəcək"- deyə nazirlik rəsmisi əlavə edib. 

 

© Report

03.05.2018 11:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ