Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda yeni şəkər zavodu tikiləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda yeni şəkər zavodu tikiləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yaxın vaxtlarda Azərbaycanda yeni şəkər zavodunun tikintisinə başlanacaq.

 

Reklam_3_11

Bu barədə ölkənin biznes sektorundan bildirilib. Məlumata görə, yeni fabrikin Yevlax rayonu ərazisində tikilməsi gözlənilir. Zavodun xammalla təmin edilməsi üçün Yevlax və Goranboy rayonları ərazisində bir neçə min hektarlıq şəkər çuğunduru əkini sahələrinin yaradılması da nəzərdə tutulur.

 

Yeni şəkər zavodu layihəsini "Azerbaijan Sugar Company" LLC və ya  "Azərşəkər" şirkəti reallaşdırır. Artıq adı çəkilən şirkət bir neçə ay əvvəldən etibarən müvafiq vakansiyalar üzrə işçi toplamağa başlayıb. 

 

Layihə müəllifləri hələlik hələlik şəkər zavodu ilə bağlı planlarını açıqlamağa tələsmirlər. Layihə ilə əlaqəli "PMD Qrup" şirkəti və "Azerbaijan Sugar Company"nin "Port Baku" biznes mərkəzində yerləşən ofisində layihənin reallaşacağı ilə bağlı dəqiq məlumat açıqlamayıblar. Qeyd edək ki,  "PMD Qrup" şirkəti ölkənin ən byöük biznes strukturu sayılan "Paşa Holdinq"ə bağlıdır.

 

36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!

 

Xatırladaq ki, hazırda ölkədə şəkər istehsalı ilə məşğul olan yalnız bir müəssisə fəaliyyət göstərir. Bu "Azərsun Holdinq"in tərkibində olan və 2006-cı ildən fəaliyyətə başlayan İmişli Şəkər Zavodudur. Zavodun istehsal gücü ildə 1,8 milyon ton və ya 657 min ton xam şəkərdir. Amma son vaxtlar  zavod öz istehsal gücündən təqribən ikiqat aşağı fəaliyət göstərir. Belə ki, 2016-cı ildə zavoda 420 min tona yaxın şəkər istehsal edildiyi halda 2017-ci ildə istehsal kəskin azalaraq 228 min tona düşüb. Bu əvvəlki ilə müqayisədə az qala iki dəfə artıqdır.
Paralel olaraq ölkəyə şəkər idxalı artmaqdadır. 2017-ci ildə Azərbaycana xaricdən 368,7 min ton şəkər gətirilib, bunun da ümumi məbləği 170 milyon dollara yaxındır. 2016-cı ildə də xaricdən ölkəyə şəkər idxalı təqribən 365 min  ton və 152 milyon dollarlıq olub.

 

Başqa sözlə, son iki ildə ölkəyə şəkər idxalına təqribən 320 milyon dollar vəsait xərclənib. Bu məbləğ müəyyən mənada bazardakı boşluğun həcmini də göstərir.

 

BANK SƏYAHƏT KREDİTİ TƏKLİF EDİR

 

© FED

03.05.2018 11:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ