Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın qaz ixracı "coşacaq" - YENİ PROQNOZ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın qaz ixracı "coşacaq" - YENİ PROQNOZ

Beynəlxalq Valyuta Fondu 2018-2019-cu illər üzrə Azərbaycanda xam neft və təbii qaz hasilatı və ixracı ilə bağlı proqnozunu açıqlayıb.

 

Bu barədə Beynəlxalq Valyuta Fondunun “Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə regional iqtisadi proqnoz” adlı hesabatına istinadən xəbər verir.

 

Hesabatda bildirilir ki, 2018-ci ildə Azərbaycanda xam neft hasilatının sutkalıq 790 min barel, növbəti il isə 780 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Qaz hasilatının isə bu il 410 min kubmetr, 2019-cu ildə isə 540 min kubmetr olacağı gözlənilir.

 

Hesabat müəllifləri qeyd edir ki, 2018-ci ildə Azərbaycanda xam neft ixracının sutkalıq 750 min barel, 2019-cu ildə isə 1,33% və ya 10 min barel azalaraq sutkalıq 740 min barel təşkil edəcəyi proqnozlaşdırılır: “Bu il Azərbaycanda 360 min kubmetr qaz ixrac olunacağı proqnozlaşdırılır. 2019-cu ildə isə qaz ixracının 33,33% və ya 120 min kubmetr artaraq 480 min kubmetrə yüksələcəyi gözlənilir”.

 

© APA

03.05.2018 12:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ