Ən yuxarı statik reklam_3

Bakıda yeni "SOCAR"lar açılacaq - ƏRAZİLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda yeni "SOCAR"lar açılacaq - ƏRAZİLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"SOCAR Petroleum" QSC bu il ərzində Azərbaycanda yanacaqdoldurma məntəqələrinin sayını artıraraq 29-a çatdırmağı planlaşdırır.

 

QSC-nin məlumatına görə, yeni yanacaqdoldurma məntəqələri Bakıda yerləşəcək.

 

Qeyd olunub ki, artıq onlardan biri Pirallahı rayonunda inşa edilib və yaxın günlərdə istifadəyə veriləcək. Digər yanacaqdoldurma məntəqəsi isə Yasamal rayonu, Maşın bazarı kimi tanınan ərazinin yaxınlığında yerləşəcək. Bu məntəqənin də inşası yekunlaşmaq üzrədir. Digər yanacaqdoldurma məntəqəsinin tikintisinə isə Binəqədi rayonu, Bakı-Novxanı yolunun yaxınlığında başlanılıb. 

 

Bundan başqa, SOCAR 7 yanacaqdoldurma məntəqəsində “Super” (Ai-98) markalı yanacağın satışına da başlayıb. “Super” markalı yanacaq Bakı-Aeroport yolu (keçmiş Sabunçu dairəsinin yaxınlığı), Bibiheybət Məscidinin yaxınlığı, Bakı-Quba yolunun 28-ci km-i, Aeroport-Bakı yolunun sağ tərəfi, Babək prospekti, Ziya Bünyadov prospekti, Nobel prospektindəki yanacaqdoldurma məntəqələrində satılır.

 

Qeyd edək ki, Azərbaycanda “Super” yanacağının satışı yalnız SOCAR brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində həyata keçirilir.

03.05.2018 13:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ