Ən yuxarı statik reklam_3

Azərbaycan bu il fındıq ixracını 10% artıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bu il fındıq ixracını 10% artıracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

"Azərbaycanın fındıq ixracı üçün əsas hədəfi yenə də İtaliya bazarıdır". 

 

Bunu  Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

 

"Hazırda bütün fabriklərdə fındıq satışına hazırlıq görülür. Satışın sentyabrda başlaması nəzərdə tutulur. Ötən il ən çox İtaliyaya fındıq ixrac etmişik. Bu il də əsas hədəfimiz İtaliyadır", - deyə o, qeyd edib.  Assosiasiya sədrinin sözlərinə görə, 2017-ci ildə Azərbaycanın fındıq ixracının həcmi 20 842 ton təşkil edib. 2018-ci ildə bu rəqəm 10% çox olacaq.  "Əməkdaşlıq etdiyimi şirkətləri fındıqla təmin edirik. Hazırda digər potensial namizədlərlə danışıqlarımız gedir. Dünya bazarının 70%-ni fındıqla Türkiyə təmin edir. Onlardan sonra biz təklif verə bilirik. Fındıq adətən avqustun 15-dən sonra yığılır. Bizim təxminimizə görə bu il məhsul yaxşı olmalıdır. Sadəcə Gürcüstanda zərəvericilər yayılıb. Onların bizə gəlmək ehtimalı böyükdür. Məsələni diqqətdə saxlayırıq. Bütün həmsərhəd kəndlərdə monitorinqlər keçiririk. Gürcüstan ötən il məhsulunun 60%-ni buna görə itirib", - deyə İ.Orucov əlavə edib.

 

© report

03.05.2018 14:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ